Pentaqon Ukraynanın Starlink-in imkanlarını genişləndirmək üçün SpaceX ilə müqavilə imzalayıb.
Elchi.az xəbər verir ki, Ukraynada yerləşən Starlink terminalları daha təhlükəsiz və hərbiləşdirilmiş Starshield sisteminə çıxış əldə edəcək. Pentaqon artıq SpaceX istehsalçı şirkəti ilə müvafiq müqavilə bağlayıb. Bu barədə Bloomberg yazır.
Nəşrin qeyd etdiyi kimi, hazırda Ukraynada iki min yarım Starlink terminalı var. Üstəlik, onlardan bəziləri artıq Starshield-ə qoşulmuşdu. Amma o zaman onların sayı 500-lə məhdudlaşdırılmışdı. İndi vəziyyət dəyişib.
“Müqavilə (Pentaqon və SpaceX arasında – redaktorun qeydi) o deməkdir ki, artıq Ukraynada olan 2,5 min Starlink terminalı Starshield-ə çıxış əldə edəcək, Starlink vasitəsilə gizli və şifrələnmiş siqnaldır ki, onu sındırmaq və ya tıxac etmək daha çətindir”, Bloomberg yazır.
Şayəstə Hüseynova