Yaxın Şərqdəki hadisələr və bunun nəticəsində yaranan təhlükəsizlik problemlərinə görə daha əvvəl İraq, İran və İordaniyaya uçuşları ləğv edən Pegasus Hava Yolları bu müddəti oktyabrın 9-na qədər uzatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrailin Livana hava hücumları və İrana mümkün hücumları Yaxın Şərqdə hava nəqliyyatına mənfi təsir göstərib. Hadisələrdən qaynaqlanan təhlükəsizlik problemləri səbəbindən xarici hava yolları şirkətləri Yaxın Şərqin bir çox ölkəsinə uçuşları dayandırmalı olub. Hava məkanında təhlükəsizlik problemləri ilə əlaqədar Pegasus Hava Yolları oktyabrın 9-dək İraq, İran və İordaniyaya uçuşları qarşılıqlı olaraq ləğv edib. Aviaşirkət Livanın paytaxtı Beyruta uçuşları da bir müddət dayandırmışdı.
Şayəstə Hüseynova