image-4444backend

Paşinyandan ŞOK TAPŞIRIQ:  Konstitusiya referendumuna hazırlaşın 

Ermənistanda referendum keçiriləcək. Alp.az xəbər verir ki, bu haqda erməni nəşri olan  “Hraparak” qəzeti yazıb. Qəzetin iddiasına görə dekabrın 18-də Nikol Paşinyanın qərarı ilə Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib. Əvvəlki şura ləğv edilib, yeni şuraya ədliyyə naziri Karen Andreasyan başçılıq edəcək. Şuranın üzvləri Ermənistanın AİHM-dəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri, ombudsman, parlament fraksiyalarının bir üzvü, Ali Ədliyyə Məhkəməsinin nümayəndəsi və parlamentdənkənar qurumların nümayəndələridir. Həmçinin şuraya  Edmon Marukyan və “Respublika” partiyasının nümayəndələrindən biri Aram Sarkisyan seçilib. Daha üç nəfər vətəndaş cəmiyyətinin nümayəndələri Artur Sakunts, Daniel İoannisyan, Tiqran Yeqoryandır.

Qəzetin iddiasına görə baş nazir Nikol Paşinyan prezident kürsüsünə keçməyi planlaşdırır.

“Nikol Paşinyan Ermənistanı tək idarə etmək üçün hərəkətə keçib və buna nail olacaq”- deyə nəşr qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki