Ermənistanda nəşr olunan “Qraparak” qəzeti sensasion yazı yayımlayıb. Alp.az xəbər verir ki, qəzetin iddiasına görə Ermənistanın baş naziri Nikol Paşinyan icmaların rəhbərləri ilə görüşdə təkcə Zəngəzurdan keçən dəhliz yolundan danışmayıb, həm də Qarabağla bağlı sensasion bəyanat verib.
“Biz 30 il özümüzü aldatdıq , indi başa düşdük Qarabağ bizim deyil. Buna öyrəşməliyik. ” -deyə Paşinyan bildirib.
“Görüşdə , Paşinyan Zəngəzurun qubernatoruna deyib ki, biz yolları bağlaya bilmərik, Zəngəzurdann keçməklə Azərbaycana Naxçıvana gedən yolu təmin etməliyik, əks halda İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq və bizim qarşıdurma üçün resursumuz yoxdur”. “Qraparak” yazır.