Yanvarın 18-də Ermənistan parlamentində çıxış edən bu ölkənin baş naziri Nikol Paşinyan bir sıra sualları cavablandırıb. Alp.az xəbər verir ki, erməni müxalifətinin Paşinyana verdiyi əsas suallar Qarabağ və sərhədlərin müəyyən edilməsi ilə bağlı olub.
Ermənilərin “Fakt” qəzetinin yazdığına görə Ermənistanın baş naziri Qarabağla bağlı suallara ehtiyatlı cavab verməyə çalışıb.Azərbaycan -Ermənistan sərhədi ilə bağlı çox sualları cavablandırsa da, Qarabağla bağlı sualları cavablandırmaqdan imtina edib. Müxalifətçi deputatların israrla “Qarabağ ermənilərin olaraq qalacaq, Qarabağsız Ermənistan yoxdur” cümləsini Nikol Paşinyan deməkdən imtina edib. Erməni mətbuatı iddia edir ki, Nikol Paşinyan Qarabağla bağlı danışmamaq öhdəliyi götürüb.