“Paşinyan Qarabağ və soyqırım sözünü işlətməkdən imtina edib. Bəli Paşinyan öhdəlik götürüb “- Alp.az xəbər verir ki, bunu Erməni Milli Assambleyanın “Hayastan” fraksiyasının üzvü Qeqam Manukyan öz Facebook səhifəsində yazıb.
“Paşinyanın mətbuat konfransını izlədim. Mətbuat konfransının yeganə məqsədi Ermənistan-Türkiyə danışıqlarının birinci raundunun nəticələrini rəsmiləşdirmək idi. Nəticədə Paşinyan Türkiyənin bütün ilkin şərtlərini qəbul etdiklərini deyir:
1. Qarabağdan söhbət gedə bilməz, çünki Azərbaycanın ərazi bütövlüyü çoxdan tanınıb.
2. Erməni Soyqırımının beynəlxalq miqyasda tanınması diasporun işidir və bununla “Erməni işi” məşğul olur.
3.Ermənistan yaxşı gələcək üçün Azərbaycan və Türkiyə yolunu tutur.” -deyə Qeqam Manukyan yazıb.