Pakistanın Pəncab əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) zəlzələnin yerli vaxtla saat 10:30 radələrində qeydə alındığını açıqlayıb.
5 bal gücündə zəlzələnin 39,2 kilometr dərinlikdə, episentrinin Pəncabın Sancval rayonundan 12 kilometr şərqdə olduğu bildirilir.
Zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Şayəstə Hüseynova