“Silahı yerə qoyub təslim olan hərbçilərin hamısı cinayət məsuliyyətinə cəlb olunacaq”. Alp.az xəbər verir ki, bunu bazar ertəsi Ermənistan parlamentinin spikeri Alen Simonyan məhbuslarla bağlı danışdığı qalmaqallı videoya münasibət bildirərkən deyib.
Bundan əvvəl şəbəkədə video yayılıb: Ermənistan parlamentinin sədrinin bu əsirlərin (bu il noyabrın 16-da əsir düşən bir qrup hərbçi nəzərdə tutulur) artıq onun üçün mövcud olmadığını dediyini eşidə bilərsiniz. Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını atıb, qaçıblar və azıblar, nəticədə Azərbaycan tərəfinə əsir düşüblər.
Hərbi ekspert Ədalət Verdiyev Ermənistanda baş verən qalmaqala öz sosial şəbəkə hesabından münasibət bildirib. Hərbi ekspertin ermənilərin geri verilməsini təqdiralayiq adlandırıb.
“Bu əsirləri xəritə əvəzində dəyişdirdik. Onsuz da Ermənistanda da həbsdə olacaqlar. Qoy özləri yedizdirsin. Burda tez çəkilərini artırırlar.”- deyə hərbi ekspert qeyd edib.