image-polio-virus-ap-1895138_1backend

Ölümcül virus Şimali Amerikada da müşahidə olundu!

Alimlər Camp Hill virusunun Alabama ştatında aşkar edildiyini açıqlayıb və bu, Şimali Amerikada aşkar edilən ilk henipavirus olub.
Elchi.az xəbər verir ki, Henipaviruslar, Hendra və Nipah kimi virusların insanlarda və heyvanlarda ağır xəstəliklərə və yüksək ölüm nisbətlərinə səbəb olduğu bilinir. Bu kəşf, bu virusların əvvəllər düşünüldüyündən daha geniş qlobal yayılmasına malik ola biləcəyini göstərir.
İlk dəfə Avstraliyanın Brisben şəhərində aşkar edilən Hendra virusu və Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və Banqladeşdə baş verən epidemiyalarda yüzdə 40-75 arasında ölüm nisbəti bildirən Nipah virusu, henipavirusların insanlar üçün yaratdığı böyük təhlükənin nümunələridir.
Kvinslend Universitetindən Dr Rhys Parry, Alabamada aparılan araşdırmada Şimali Amerikada Camp Hill virusunun təsbit edilməsinin çox əhəmiyyətli olduğunu ifadə edərək, bu kəşfin henipavirusların daha geniş bir coğrafiyada mövcud ola biləcəyini ortaya qoyduğunu vurğuladı.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki