image-888backend

“Nikol Paşinyan İlham Əliyevdən niyə qorxur?”- Erməni nəşrindən SENSASİON YAZI 

“44 günlük müharibədən öncə təhdid dili ilə danışan, Şuşada rəqs edən Paşinyan niyə danışmır?. Səbəblər çoxdur” – Alp.az xəbər verir ki, bu fikirlər ermənilərin “Fakt” nəşrindən çap olunan bu günkü yazıda yer alıb.

“44 günlük müharibədən sonra, demək olar ki, bütün cəmiyyətin günahı baş naziri və onun komandasının üzərinə atdığı və məsuliyyətə cəlb etdiyi bir vaxtda Paşinyan təxminən 10 gün sonra bəyanat yayaraq, gələcək üçün yol xəritəsini təqdim etdi. Lakin bu günə kimi 15 bəndlik “yol xəritəsi”nin yalnız bir neçə müddəaları yerinə yetirilib və qismən də icra olunub. Həmin dövrdə Nikol Paşinyan və komandası Qarabağın statusu və erməni xalqının öz yaşayış yerlərinə qayıtmasının prioriteti həll edəcəyini deyirdi. Amma artıq bunlar keçmişdə qalıb. Qarabağ Nikol Paşinyan üçün artıq yoxdur. Bunu Paşinyan çıxışlarında mütamadi olaraq dilə gətirir. Artıq çoxlarına bəllidir ki, Nikol Paşinyan İlham Əliyevlə də görüşmək istəmir. Bunun səbəbi nədir? Nikol Paşinyan İlham Əliyevdən niyə qorxur? Bəli bəlli olan bir məsələ var ki, Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün ölkənin iqtisadiyyatını dirçəltməyə çalışır. Türkiyə ilə də münasibətləri buna görə normallaşdırmaq və Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Amma  onun İlham Əliyevlə görüşməməsinin başqa səbəbi var. Nikol Paşinyan İlham Əliyevdən qorxur və bunun səbəbi İlham Əliyevin onu verdiyi sözə əməl etməyə məcbur etməsidir. Bu qorxu görüşlərdə çəkilən fotolarda aydın hiss olunur. Paşinyan bu qorxunun əsl səbəbini cəmiyyətə açıqlasa maraqlı olardı”- nəşr yazıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki