İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin Yaffa şəhərində iki hərbi hədəfə “Fələstin 2” tipli ballistik raketlərlə hücum etdiklərini açıqlayan Yəməndəki husiləri təhdid edib.
Elchi.az xəbər verir ki, baş nazir Netanyahu videomüraciətində Yaffadakı hərbi bazalara ballistik raketlər atdıqlarını açıqlayan husilər və İsrail döyüş təyyarələrinin Yəmənə endirdiyi hava zərbələri ilə bağlı açıqlamalar verib.
“Husilər çətin yoldan öyrənirlər ki, İsrailə zərər verən hər kəs çox ağır bədəl ödəyəcək”, – Netanyahu bildirib.
ABŞ və bir çox başqa ölkələrin İsrailin Yəmənə hücumlarını “çox yaxşı anladığını” iddia edən Netanyahu, “İsrail husilərə qarşı hərəkətə keçəndə bütün beynəlxalq ictimaiyyətin adından hərəkət etdiyini” iddia edib.
Nuranə Məmmədova