image-150303093310-01-netanyahu-teasebackend

Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmilərini bir araya toplayır

İsrailin baş naziri Benyamin Netanyahunun yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə “məsləhətləşmə görüşü” keçirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Baş Nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, “məsləhətləşmə görüşü ” nün Tel-Əvivdə keçirildiyi bildirilib.
Açıqlama ilə paylaşılan fotoda müdafiə naziri Yoav Gallant, Baş Qərargah rəisi Herzi Halevi, xarici kəşfiyyat agentliyi Mossad direktoru David Barnea və daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) rəhbəri Ronen Barın da iclasda iştirak etdiyi görülüb.
Netanyahunun sədrliyi ilə keçirilən toplantının İsrail rəhbərliyinin İranın həyata keçirdiyi raket hücumuna cavab verəcəyi ilə bağlı açıqlamalarından sonra keçirilməsi diqqət çəkib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki