image-b3c1479a-04f7-3c57-9dfd-9f6558018c3c_850-3backend

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə edilib

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə  Elchi.az – a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki