image-owl_detail_620_904c240261d58560816a83bda069a53bbackend

Mişustin İrana səfər edəcək

Rusiyanın baş naziri Mixail Mişustin İrana rəsmi səfər edəcək.

Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın TASS.ru agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, baş nazir sentyabrın 30-da Tehrana gələcək və burada İran prezidenti Məsud Pezeşkian və İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar aparılacaq.

Görüşdə ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə Rusiya-İran əməkdaşlığının bütün spektrinin müzakirəsi planlaşdırılır. Nəqliyyat, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Qeyd olunur ki, bu görüş Rusiya və İran üçün yeni İran prezidenti seçildikdən sonra yüksək səviyyədə ilk olacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, İranın energetika naziri Abbas Əliabadi ərəb ölkələrinin enerji şəbəkələrinin Rusiya ilə əlaqələndirilməsini təklif edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki