image-52backend

“Miqrantların kütləvi deportasiyası ABŞ-ın kənd təsərrüfatını böhranla təhdid edir”-FT

ABŞ hökuməti tərəfindən qeyri-qanuni mühacirlərin kütləvi şəkildə deportasiyası ölkənin kənd təsərrüfatında böhrana səbəb ola bilər.

Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ-ın işgüzar dairələri ölkənin yeni prezidenti Donald Trampın immiqrasiya islahatının ölkə iqtisadiyyatının “işçi miqrantlarsız fəaliyyət göstərə bilməyən” kənd təsərrüfatı sektoruna zərərli təsir göstərə biləcəyindən narahatlığını ifadə edir.

Nəşr qeyd edir ki, süd sənayesi bu baxımdan xüsusilə həssas olacaq, çünki ABŞ-ın immiqrasiya siyasəti yalnız meyvə-tərəvəz yığımı ilə məşğul olan mövsümi işçilər üçün xüsusi vizalara icazə verir və bir mövsümə deyil, uzun müddətə gələn süd fermalarının işçiləri üçün belə bir seçim təqdim etmir.

Viskonsin Təsərrüfatı Federasiyasının rəhbəri Tayler Venzlaffın sözlərinə görə, bir çox qeyri-qanuni mühacir “illərlə fermalarda işləyir” və onların işi iqtisadiyyata əhəmiyyətli töhfə verir: “Biz cinayətkarların deportasiyasını dəstəkləyirik, lakin bizə Viskonsin ştatında etibarlı işçi qüvvəsi lazımdır”.

“Əgər miqrant işçilər olmasa, nə süd, nə pendir, nə də dondurma olmayacaq. Hamımız vegeterian olmaq məcburiyyətində qalacağıq”, – əyalətdən olan fermer Con Rosenaud deyib.

Miçiqan Dövlət Universitetinin iqtisadçısı Daniel Orteqa bildirib ki, ABŞ-da 2,4 milyon təsərrüfat işçisinin təxminən 40%-nin ölkədə işləməsi qadağan edilib.

Qəzet həmçinin ABŞ-dakı Kənd Təsərrüfatı İşəgötürənlərinin Milli Şurasının statistik məlumatlarına istinad edir ki, bu da 2020-ci ildə yalnız 337 yerli amerikalının kənd təsərrüfatı işləri üçün müraciət etdiyini göstərir. Həmin müddət ərzində müvafiq iş elanlarının sayı 97,6 mini ötüb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki