image-240815-mpox-vl-509p-9c8442backend

Meymun çiçəyi və Covid-19 eyni şəkildə ötürülür? ÜST-dən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhove təmas yolu ilə ötürülən M çiçəyi (mpox) virusunun hava yolu ilə keçən Covid-19 virusu ilə eyni olmadığını bildirib. Kerxove, “Bu iki xəstəliklə bağlı proseslər fərqlidir” deyib.
Elchi.az xəbər verir ki, Kerkhove və ÜST-nin Afrika Bölgəsində kəskin hadisələrin idarə olunması qrupunun rəhbəri Otim Patrick Ramadan ÜST-nin sosial media hesablarında öz proqramlarında M çiçəyi virusu ilə bağlı qiymətləndirmələr aparıblar.
M-pox virusunun Covid-19 ilə eyni olmadığını vurğulayan Kerkhove, “M-çiçəyi virusu Covid-19 kimi (hava yolu ilə) yayılmır, buna görə də eyni vəziyyətin olmadığını görürük COVID-19. Əgər yoluxmuş şəxslə təmasda olsanız, M çiçəyi virusuna yoluxa bilərsiniz, lakin bu, o demək deyil ki, hər kəs virusa yoluxacaq”.” deyib.
Kerxove bildirib ki, düzgün məlumat və təcrübə ilə M çiçəyi virusunun yayılmasının qarşısını almaq olar.
M-çiçəyi virusunun daha əvvəl də müşahidə edildiyini qeyd edən Kerkhove, virusun yayıldığı ölkələrə dəstək olmaq və birgə qlobal səy göstərmək üçün ÜST-nin M-çiçəyi virusunu beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halı elan etdiyini xatırladıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki