Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rostelekom” PSC-nin Direktorlar Şurasının sədri seçilib.
Elchi.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti rəsmi saytında yazır.
Mətbuat xidməti izah edib ki, 2024-cü il sentyabrın 16-da səhmdarların illik ümumi yığıncağında seçilmiş yeni direktorlar şurasının ilk iclası keçirilib.
İclasda direktorlar şurasının dörd komitəsi formalaşdırılıb, onların şəxsi tərkibi və sədrləri müəyyən edilib – strategiya, korporativ idarəetmə, kadr və mükafatlandırma, audit komitəsi.
Dmitri Medvedev 2000-2001 və 2002-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti seçildikdən sonra tərk etdiyi “Qazprom”un direktorlar şurasının sədri vəzifəsində çalışıb. Bundan sonra o, dövlət şirkətlərində vəzifə tutmayıb.
Nuranə Məmmədova