image-rss-efe8bfcbf0296504665101711d1c3d3c271d72246cbw-1200x800backend

Maduronun “Bolivar Qalxanı 2025” təlimində sülh mesajı

Venesuela prezidenti Nikolas Maduro ölkəsində keçirilən “Bolivar Qalxanı 2025” təlimində təhlükəsizlik qüvvələrinin daxili sülhü təmin etmək üçün uğurlu əməliyyatlar həyata keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, Paytaxt Karakasda 150 min polis və hərbçinin qatıldığı “Bolivar Qalxanı 2025” təlimində təhlükəsizlik qüvvələrinə müraciət edən Venesuela prezidenti Nikolas Maduro ölkədə zorakılıq törədən cinayətkar qrupların məhv edildiyini bildirib.
“Venesuela, ilk növbədə, zorakı cinayətkar qruplarla mübarizə, məğlubiyyət və kökünün kəsilməsində böyük uğurlar əldə edib. Bu gün bəzi yerlərdə bəzi istisnalarla, bu qrupların tamamilə məğlub edildiyini və darmadağın edildiyini deyə bilərik”, – Maduro bildirib.
Kolumbiya və Braziliya sərhədlərinin gücləndirilməsinə çağıran Maduro, “Sevgili Venesuelada sülh, suverenlik və real demokratiyanın təmin edilməsi üçün Bolivar Qalxanı 2025-in ilk tətbiqini həyata keçiririk. “Venesuela zorakılıq yaradan bu qruplarla mübarizə təcrübəsini, kəşfiyyat imkanlarını və sülhsevər ölkə kimi təcrübəsini Amerika qitəsindəki bütün qardaş ölkələrə təqdim etməyə hazırdır”. ifadələrdən istifadə edib.
Maduro qeyd edib ki, son 6 ayda ölkədə daxili əmin-amanlığın möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən əməliyyatlarda cinayətkar qruplaşmalara ciddi zərbələr endirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki