image-los-angeles-yangin-reu-2321510_1backend

Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 24-ə çatıb

ABŞ-ın Los-Anceles şəhəri və ətrafında günlərdir davam edən yanğınları nəzarət altına almaq mümkün deyil. Yaşayış məntəqələrinə çatan yanğın indiyədək 40 min hektar ərazini yanıb. Minlərlə evə ziyan vuran təbii fəlakətdə 24 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Los Angeles County Coroner Office yanğınlarda ölənlərin sayı ilə bağlı yenilənmiş məlumatları açıqlayıb.
Yanğında ölənlərin sayının 24-ə yüksəldiyi, İtonda 16, Palisadesdə isə 8 nəfərin öldüyü öyrənildi.
Açıqlamada 16 nəfərdən xəbər alınmadığı və bu rəqəmin arta biləcəyi vurğulanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki