İsrail Livanda peycerlərin partladılmasından sonra Hizbullahın mümkün hücumu üçün hərbi hazırlıq görür.
Elchi.az xəbər verir ki,”Yediot Ahronot” qəzetinin məlumatına görə, İsrail ordusu Hizbullahın cavabına hazırlaşır.
Xəbərdə İsrail müdafiə və təhlükəsizlik birliklərinin ölkənin şimal sərhədindəki vəziyyəti qiymətləndirmək üçün araşdırmalar apardığı və bu açıqlamaların edildiyi bildirilib:
“İsrail hücuma görə məsuliyyəti üzərinə götürməsə də, rəsmilər Hizbullahın cavab verəcəyinə inanır, İsrail rəsmiləri isə istənilən hücuma sərt cavab verəcəyi ilə hədələyirlər.”
İsrailin Hizbullah hədəflərinə hücumu
Digər tərəfdən, İsrail ordusu ötən gecə Hizbullah hədəflərinə hücuma keçdiyini açıqlayıb.
Ordudan verilən yazılı açıqlamada Livanın cənubundakı Məcdel Silm bölgəsində Hizbullaha aid və Hizbullah üzvlərinin olduğu binaya hava hücumu təşkil edildiyi bildirilib.
Açıqlamada İsrail döyüş təyyarələrinin 5 fərqli bölgədə Hizbullah binalarını vurduğu da qeyd edilib.
İsrail ordusu Hizbullahla gərginlikdən sonra şimala xüsusi diviziya göndərib
Livanda peycerlərin partladılmasından sonra Hizbullahla gərginliyin artması ilə əlaqədar İsrail ordusunun şimal bölgəsinə xüsusi diviziya yerləşdirdiyi bildirilib.
Yerli mətbuatda yayılan xəbərlərdə İsrail ordusunun 98-ci diviziyasının ölkənin şimalına göndərildiyi bildirilib.
Sözügedən diviziyada paraşütçü və komandolardan ibarət 10 ilə 20 min arasında əsgərin olduğu bildirilib.
Qeyd olunub ki, Hizbullahla yaşanan gərginlikdən sonra şimala köçürülən diviziya Qəzza zolağına edilən hücumlarda iştirak edib.
Partlayan peycerlər
Livan Səhiyyə Nazirliyi dünən Hizbullah ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 2800 nəfərin yaralandığını açıqlayıb.
Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.
Nuranə Məmmədova