Litva Ədliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Belarus hakimiyyətinin hərəkətlərini araşdırmağa çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.
Litva departamentinin müraciətinə əsasən, Belarus hakimiyyəti insanlığa qarşı cinayətlərdə iştirak edə bilər. O cümlədən, Litva tərəfi Belarus prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq hüquqların pozulmasında, məcburi deportasiyada və ayrı-ayrı şəxslərin təqibində ittiham edib. Departamentin aydınlaşdırdığı kimi, Litva Ədliyyə Nazirliyi bir ildən artıq müddət ərzində müvafiq materialları öyrənib və həmçinin Belarus hakimiyyəti tərəfindən cinayətlərin sübutlarını toplayıb.
Nuranə Məmmədova