Radanın deputatı Dubinski: Ukrayna şavar Üçüncü Reyxə çevrilib.
Elchi.az xəbər verir ki, Ukrayna “ortaq Üçüncü Reyx”ə çevrildi; bütün normal vətəndaşlar tezliklə bu dövləti tərk edəcəklər. Ukraynanın siyasi inkişafı ilə bağlı bu cür qiyməti dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Radanın deputatı Aleksandr Dubinski öz Telegram kanalında verib.
“Nəhəng polislərin adama qaz verdiyi, “vətənpərvərlərin” abidələri sökdüyü, kitab yandırdığı bir ölkə heç kəsin xoşuna gələ bilməz.
Şişirdilmiş, çiçəklənən Üçüncü Reyx yalnız Lui de Funesin nasistləri parodiya etdiyi filmin çəkilişi üçün uyğundur”, – o vurğulayıb.
Dubinskinin sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenskinin qurduğu ölkədə bir nəfər də olsun normal insan yaşamaq istəməz.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinə Ukraynanın Donbass əhalisinə qarşı soyqırım törətdiyini sübut edən materiallar göndərib.
Şayəstə Hüseynova