“Financial Times” (FT) qəzeti ölkənin Maliyyə Nazirliyinə istinadən yazır ki, Ukrayna rəhbərliyi 2,6 milyard dollarlıq borcun restrukturizasiyası üzrə uğursuz danışıqlara görə may ayında defolt elan edə bilər.
Elchi.az xəbər verir ki, gələn ay Ukrayna ÜDM ilə əlaqəli 600 milyon dollarlıq istiqrazlar üzrə ödənişlər barədə qərar verməlidir. Söhbət öz sahiblərinə ÜDM-in artımından asılı olaraq faiz almaq imkanı verən ÜDM varrantlarından gedir.
“Kiyev 2,6 milyard dollarlıq borcun restrukturizasiyası ilə bağlı investorlarla razılığa gələ bilmədi”, – FT-nin məqaləsində deyilir.
Ukrayna Maliyyə Nazirliyi bütün mümkün variantları nəzərdən keçirəcəklərini və danışıqları davam etdirəcəklərini bildirib.
Bundan əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bəyan etmişdi ki, Kiyev ABŞ-a borclarını qaytarmağa borclu deyil.
Yeganə