image-a3f3a6ff-fbd0-3254-89d0-a6d43311473f_850backend

KİV: Tramp Rusiya-Ukrayna böhranının həlli ilə bağlı görüş keçirəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya-Ukrayna böhranının həlli, o cümlədən Ukraynaya hərbi yardımın mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.

Elchi.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

İddiaya görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri (Pentaqonun rəhbəri) Pit Heqset, milli təhlükəsizlik müşaviri Mayk Vals və digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki