image-ce39cdb6-a905-3017-bc57-6843a44e7882_850backend

KİV: Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib

Mənzilində oğurluq baş verməsi nəticəsində Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana təxminən 50 min dollar məbləğində ziyan dəyib.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumatda bildirilir ki, oğrular onun evinə qapını xüsusi açarla açaraq daxil olublar. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunda iştirak etdikləri iddia olunan bir qrup şəxsi saxlayıblar.

Baqdasaryan özü isə hadisə ilə bağlı şərh verməkdən imtina edib. Bəzi məlumatlara görə, mənzildən bahalı zinət əşyaları, saatlar və s. oğurlanıb.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki