2024-cü il Kimya üzrə Nobel Mükafatı “hesablamalı zülal dizaynı” sahəsindəki işlərinə görə David Bakere, “zülal strukturunun proqnozlaşdırılması” üzrə işlərinə görə Demis Hassabis və Con Jumperə verilib.
Elchi.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında kimya üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.
Açıqlamaya görə, David Baker “hesablamalı zülal dizaynı” sahəsindəki işinə görə mükafata layiq görülüb, Demis Hassabis və Con Jumper də “zülal strukturunun proqnozlaşdırılması” sahəsindəki işlərinə görə bu mükafata layiq görülüblər.
2023-cü il Kimya üzrə Nobel Mükafatı kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə Moungi Gabriel Bawendi, Louis E. Brus və Aleksey İ. Ekimova verilib.
Nuranə Məmmədova