“Mən hazıram. Əlimdə silah türkü öldürəcəyim günü xəyal edirəm. Mən bunu necə arzu etdiyimi təsəvvür edə bilməzsiniz. Mən oğlumun qisasını alacam”. Alp.az xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən 5165 adlı partiyanın sədri Karin Tonoyan deyib.
O bildirib ki, əgər bu gün silah versələr, o döyüşə getməyə hazırdır.
Qeyd edək ki, bu adam partiya sədridir, siyasət adamıdır. Və ölkəni idarə etmək iddiasında olan biridir. Amma düşüncəsi qandır, qisasdır və xəyalıdan başqa bir şey deyil. İndi təsəvvür edin ki, Ermənistanı bu zehniyyətdə olan adamlar idarə etmək arzusundadırlar. Və biz Azərbaycan olaraq, belə yaramaz, xəyanətkar və xain bir xalqla qonşuyuq.jamaz.info