240 mindən çox kanadalı ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyətdə olduğu” əsası ilə vətəndaşlığından məhrum edilməsi üçün petisiya imzalayıb.
Elchi.az xəbər verir ki, Kanada Parlamentinin saytında yer alan məlumata görə, indiyədək petisiyanı 240 554 kanadalı imzalayıb.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın baş müşaviri Mask, X sosial media platformasındakı bir yazıda onun vətəndaşlığını ləğv etmək üçün açılan petisiyaya cavab olaraq Kanadanın “həqiqi ölkə olmadığını” müdafiə etdi.
Fevralın 23-də Kanadada Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyətlərlə məşğul olduğu” əsası ilə onun vətəndaşlığının ləğvi üçün petisiya başlayıb.
Müraciətdə Muskın “sərvətindən və gücündən Kanada seçkilərinə təsir etmək üçün istifadə etdiyi” və “Kanadanın suverenliyini silməyə çalışan xarici hökumətin üzvü olduğu” iddia edilirdi.
Müraciət iyunun 20-də İcmalar Palatasına təqdim olunacaq.
Nuranə Məmmədova