image-headline-1backend

İstanbulda bir saatda 8 zəlzələ olub

İstanbulda bir saat ərzində 8 zəlzələ baş verib. Daxili işlər naziri Yerlikaya bütün komandaların meydanda olduğunu, lakin 112-yə söküntü ilə bağlı məlumat daxil olmadığını bildirib.
Elchi.az xəbər verir ki, AA müxbirinin Fəlakət və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytından topladığı məlumata görə, saat 12.19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib.
Zəlzələlərin ən kiçiyi İstanbulun Büyükçekmece rayonu sahillərində 3,4 bal gücündə, ən böyüyü isə Silivri sahillərində 6,2 bal gücündə olub.
Saat 12.19-da 3.9 bal gücündə zəlzələdən sonra 6.2 bal gücündə 12.49, 5.9 və 4.4 bal gücündə saat 12.51, 4.8 bal gücündə 13.01, 4.5 və 4.9 bal gücündə saat 13.02, 3.4 bal gücündə yeraltı təkanlar 13.07-də qeydə alınıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki