image-553da199-ae08-336a-a246-da1a3a0a9b91_850backend

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya KİV-i “Aeroflot” şirkətinin məlumatına istinadən xəbər verir.

“Biletlər bu gün daha tutumlu “Boeing 777” tipli təyyarə ilə həyata keçiriləcək SU2131 reysinə yenidən bron ediləcək”, – məlumatda qeyd olunub.

Aviadaşıyıcı bildirib ki, federal aviasiya qaydalarına və daxili standartlara uyğun olaraq sərnişinlər müvəqqəti olaraq mehmanxanada yerləşdiriləcəklər.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki