image-gazze-a-2270029backend

İsrailin Qəzzanın şimalına etdiyi qanlı hücumlarda 30 fələstinli həyatını itirib

May ayından bəri İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi ən ağır hava hücumları nəticəsində bu gün səhər saatlarına qədər 30 fələstinli həyatını itirib, onlarla fələstinli yaralanıb.
Elchi.az xəbər verir ki, xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Cibəliyyə və Beyt Lahiya qəsəbələrinə təşkil etdiyi hücumlarda həyatını itirən 30 fələstinlinin cəsədi, onlarla yaralı Qəzzanın şimalındakı xəstəxanalara çatdırılıb.
Şahidlərin bildirdiyinə görə, İsrail hərbi maşınları Qəzza zolağının şimalındakı Cibaliya qəsəbəsi və düşərgəsinin şərqinə daxil olaraq fələstinlilərin evlərini ağır artilleriya mərmiləri ilə vurmağa başlayıb.
Dünən axşam saatlarından etibarən İsrail ordusunun Qəzza zolağının şimalında müxtəlif bölgələrə endirdiyi ən azı 100 hava zərbəsi binalarda, ictimai obyektlərdə, məktəblərdə və müxtəlif yaşayış mərkəzlərində böyük dağıntılara səbəb olub.
Onlarla fələstinli ailə Cibaliyə düşərgəsinin şərqindəki Əl-Kerame, Es-Sultan və Əl-Atatre bölgələrindən Qəzzanın şimalına və Qəzza şəhər mərkəzinə qaçmaq məcburiyyətində qalıb.
Cibaliya düşərgəsində və Qəzza şəhərinin şimalındakı geniş ərazilərdə hərbi maşınlar, pilotsuz uçuş aparatları və İsrail əsgərlərinin davamlı atəşi hər hərəkət edən hər şeyi, həmçinin evləri və müxtəlif sığınacaqları hədəf alıb.
İsrail ordusu bölgəni boşaltmaqla hədələyir
Digər tərəfdən, İsrail ordusunun təyyarələrindən Qəzza zolağının şimalındakı ərazilərin boşaldılmasını tələb edən vərəqələr atılıb.
“Müharibənin yeni mərhələsindəyik” ifadəsinin yer aldığı broşürlərdə HƏMAS-ın infrastrukturunu yenidən qurmağa başladığı bu bölgələrin təhlükəli döyüş meydanları olduğu iddia edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki