image-1729166607_gaza-afp-2152651backend

İsrail üçüncü dəfə BMT məktəbini bombalayıb

İsrail ordusunun Qəzzada köçkünlərin sığındığı məktəbi üçüncü dəfə bombalaması nəticəsində 11 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsindəki məcburi köçkünlərin yaşadığı “Esma” sığınacağına hücum edib.
Sağlamlıq mənbələri hücumda 11 nəfərin öldüyünü, təxminən 20 nəfərin yaralandığını, yaralıların Şifa və El-Ehli Baptist xəstəxanalarına aparıldığını bildirib.
İsrail döyüş təyyarələri iyunun 7-də və oktyabrın 19-da “Esma” məktəbini bombalayıb. Hücum nəticəsində 10-dan çox adam ölüb, onlarla insan yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla 42 min 924 fələstinli həyatını itirib, 100 min 833 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki