image-74607d36-81c7-3ad3-b466-d248eb86162f_850backend

İsrail 110 fələstinli məhbusu azad edəcək

İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində həbsxanalarda cəza çəkən 110 fələstinli məhbusu azad edəcək.

Elchi.az -ın məlumatına görə, bu barədə Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir.

Bundan əvvəl “HƏMAS” yanvarın 30-da Qəzza zolağında girov saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi azad edəcəyini açıqlamışdı.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki