İraqın müdafiə naziri Sabit Məhəmməd əl-Abbasi İraq Silahlı Qüvvələrinin bütün bölmələrinin sərhədləri və hava məkanını mümkün təhlükələrdən qorumağa hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, İraqın müdafiə naziri Sabit Məhəmməd əl-Abbasi Suriyada baş verən hadisələrdən sonra açıqlama verib.
Nazir Abbasi İraq Silahlı Qüvvələrinin bütün bölmələrinin və təhlükəsizlik qüvvələrinin ölkənin sərhədlərini və hava məkanını mümkün təhlükələrdən qorumağa hazır olduğunu vurğulayıb. Abbasi deyib: “Qəhrəman ordumuz bütün qoşunları ilə gecə-gündüz İraq və xalqının təhlükəsizliyini təmin etmək üçün xidmətdədir. “Biz heç bir terrorçunun və ya təxribatçının ölkəmizə sızmasına icazə verməyəcəyik.
İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Yəhya Rəsul İraq-Suriya sərhədlərinin tamamilə təhlükəsiz olduğunu bildirib.
Nuranə Məmmədova