İran parlamenti ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxması imkanını ciddi şəkildə nəzərdən keçirir.
Elchi.az-ın xəbərinə görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Alaeddin Borouceri bildirib ki, bu, İsrailin ehtimal edilən hücumları ilə bağlıdır.
“Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq variantının müzakirəsi əslində parlamentdə ciddi müzakirələrdir”, – deyə Borouceri bildirib.
Bununla belə, o qeyd edib ki, respublikanın müvafiq müqavilədən çıxması heç də ölkənin nüvə silahı yaratması demək deyil.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Təl-Əvivə xəbərdarlıq etmişdi ki, İsrailin İranın infrastrukturuna hücumu Tehrandan qəti cavabsız qalmayacaq.
Yeganə