İran hökumətinin sözçüsü Fatma Mühacərani ölkənin müdafiə ehtiyaclarının qarşılanmasına önəm verdiklərini ifadə edərək, “Hərbi büdcədə 200 faizdən çox əhəmiyyətli artımın edilməsinə qərar verilib” , – deyə bildirib.
Elchi.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatma Mühəcərani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İsrailin İranın hərbi bazalarına cavab hücumu ilə bağlı açıqlama verib.
Mühacərani, “İsrail rejimi bu yaxınlarda beynəlxalq hüquq normalarını pozaraq ölkəmizə hava hücumu həyata keçirdi və bu hücumda 5 iranlı həyatını itirdi. İsrailin hücumuna müvəffəqiyyətlə müqavimət göstərdiyi və hücumun qarşısını aldığı üçün hava hücumundan müdafiə qərargahına təşəkkür etmək istəyirəm. Terror aktında 10 polis qüvvəsi şəhid olub. Mühacərani İsrail rejiminin bu hücumlarla ölkə daxilindəki milli birlik ruhunu məhv edə biləcəyini düşündüyünü deyib və “Əksinə ölkə daxilində milli birlik artacaq. Xarici İşlər Nazirliyimizin fəal diplomatiyası ilə düşmənin oyunu alındı və bir çox ölkələr açıq şəkildə hücuma qarşı çıxdı və pisləndi. Bölgədə gərginliyin mənbəyi İsrail rejimidir. Biz müharibə qızışdıran tərəf deyilik və regionda gərginliyin azaldılmasının tərəfdarıyıq”.
Nuranə Məmmədova