image-iran-3-750x403backend

“İran bu layihəyə qol çəkməklə yarım qalan niyyətlərini tamamlamaq istəyir” – İLGİNC AÇIQLAMA

“Fars körfəzi-Qara dəniz marşrutu, Sözü gedən bu marşrut İranın cənubundan başlayıb Avropada bitəcək. Layihənin marşrutu İran→Azərbaycan→Ermənistan→Gürcüstan→Bolqarıstan→Yunanıstan→Avropanı əhatə edəcək. Deməli yüklər İrandan Azərbaycana→Ermənistana → Gürcüstanın Batumi limanına, limandan gəmilər vasitəsilə Bolqarıstana daha sonra quru yolla Yunanıstana→Avropaya daşınacaq”.

Bu fikirləri  açıqlamasında siyasi ekspert Elman Vəliyev səsləndirib. O bildirib ki, İran daha əvvəl bu yolun Ermənistan üzərindən keçməsinə çalışırdı. Hətta iki tərəfin nümayəndələri bu barədə müzakirələr aparmışdılar. Bu görüşlərdən biri və önəmlisi 2021-ci ilin aprel ayında İrəvənda keçirilmişdi: “Ancaq işlər plana uyğun getmədi. İlk öncə bölgənin Azərbaycan vasitəsilə geosiyasi vəziyyətinin dəyişməsi, daha sonra Türkiyə-Ermənistan münasibətlərində irəliləyişlərin müşahidə edilməsi İrana başqa alternativlər tapmağı vadar etdi. Dekabrın 10-da Moskvada Türkiyə tərəfinin irəli sürdüyü 3+3 (Türkiyə, Azərbaycan, İran, Ermənistan, Gürcüstan və Rusiya) formatı müzakirə edildi. Gürcüstan bu layihədə Rusiyanın mövcudluğunu əsas gətirərək deaktiv oldu. Noyabrın 28-də Aşqabadda İlham Əliyevlə İbrahim Rəisi arasında bu məsələlərə dair müzakirə olmuşdu. İki tərəf iqtisadi əlaqələri prioritet kimi ələ alaraq önəmli qərarlar verdilər. Bunlardan biri Türkmənistan qazının nəql edilməsi barədə, digəri isə Fars körfəzi-Qara dəniz xəttidir. Bu layihə Azərbaycan üçün uğurlu olacaq. Əgər əvvəllər İran Ermənistan üzərindən aparacaqdırsa, indi Azərbaycan üzərindən keçdiyinə görə, rəsmi Bakı bu layihənin xüsusi parçasıdır və iqtisadi qazanclardan önəmli pay alacaq”.

Elman Vəliyevin sözlərinə görə, İran bu layihəyə qol çəkməklə yarım qalan niyyətlərini tamamlamaq istəyir: “İran Süveyş kanalına (vaxtilə Osmanlı tərəfindən açılmışdı) alternativlər axtarırdı. Bu isə Misiri narahat edən amillərdəndir, çünki ən böyük iqtisadi yükdaşımalar üçün zəmin rolunu oynayan Süveyş kanalına Misir nəzarət edir. Əvvəlcə Çinin “bir kəmər bir yol” layihəsinə cavab olaraq Hindistan tərəfindən irəli sürülmüş “şimal-cənub” dəhlizinə qoşuldu, ancaq bu da İranın ürəyincə olmadı. Sonra planını cızdığı Fars körfəzi-Qara dəniz intermodal marşrutu istiqamətində addımlar atmağa başladı. Bu yol İran üçün Süveyş kanalına nisbətən daha sərfəlidir. Digər bir yanadan İran Amerikanın sanksiyalarına davamlılıq üçün bu planı optimal hesab edir. Həmçinin İran bu geoiqtisadi planla Türkiyədən asılılığa son verməyə çalışır. Türkiyənin çoğrafi movqeyi (Asiya ilə Avropa arasında periferiya roluna malikdir) çox önəmlidir. İran Türkiyədən uzaqlaşmaq istəsə də, Çin üçün Türkiyə sərfəlidir. Səbəblərindən biri və önəmlisi odur ki, Çinin öz məhsullarını Avropaya çıxarması üçün ən az xərc Türkiyə üzərindən ola bilər”.konkret.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki