image-83713cba-edaa-37fe-89c0-672d5acc62b2_850backend

İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

Rəsmi Tbilisi Azərbaycanla bütün sahələrdə münasibətləri intensivləşdirməyi hədəfləyir.

Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

“Biz şadıq ki, Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ticarəti genişləndirməyə hazırıq”, – o bildirib.

İ.Kobaxidze vurğulayıb ki, Azərbaycan və Gürcüstan Avropanı Asiya ilə birləşdirir:

“Buna görə də bu potensialdan maksimum istifadə etmək lazımdır”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki