İranın Pakistan sərhədində yerləşən Taftan rayonunda polis qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 sərhədçi həyatını itirib.
Elchi.az xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhəddə yerləşən Taftan rayonunda terror aktı baş verib. Gohar Kuh bölgəsində patrul xidməti aparan polis qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 sərhədçi həyatını itirib. Hücuma görə məsuliyyəti “Ceyş ül-Adl” terror təşkilatı öz üzərinə götürüb.
ƏTRAFLI ARAŞTIRMA TƏLİMATLARI
Hadisədən sonra bölgəyə təhlükəsizlik qrupları göndərilərkən, daxili işlər naziri Əbdülriza Rəhmani səlahiyyətlilərə hücumun təfərrüatlı şəkildə araşdırılması və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılması tapşırılıb.
Şayəstə Hüseynova