İsrailin Livandakı hücumları davam edərkən, Livan Hizbullahı minlərlə insanın ölümünə səbəb olan hücumlara cavab verir.
Elchi.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin verdiyi açıqlamada, Livanın cənubundakı Hizbullah mövqelərindən İsrailin şimalına 25 raket və bir neçə pilotsuz uçuş aparatının (PUA) atıldığı bildirilib.
Açıqlamada Qərb və Yuxarı Qaliley bölgəsinə atılan 25 raketin bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən bloklandığı, bəzi raketlərin isə bölgəyə düşdüyü bildirilib.
İDF, Qərbi Qaliley üzərində bir neçə İHA-nın da hava hücumundan müdafiə sistemləri tərəfindən bloklandığını bildirdi.
Nuranə Məmmədova