Ukraynada Ali Radanın (parlament) bu gün keçirilən iclasında yeni müdafiə naziri postuna irəli sürülən namizədin məsələsinə baxılıb.
Alp.az xəbər verir ki, Radanın Təhlükəsizlik və müdafiə komitəsinin ötən gün namizədliyni irəli sürdüyü, hərbi ekspert olan Aleksey Reznikov müzakirələrdən sonra müdafiə naziri postuna təsdiqlənib. Onun namizədliyinin lehinə 273 deputat səs verib.
A. Reznikov bu posta qədər Baş nazirin müavini olub. Xatırladaq ki, Aleksey Reznikov Azərbaycan ilə əlaqələr üzrə də kurator olub. O, Azərbaycana olan sevgisini mütamadi olaraq öz hesabından bildirir.
Xatırladaq ki, müdafiə naziri Andrey Taran ötən gün istefa verib.