HƏMAS mediasının verdiyi açıqlamaya görə, Şimali Livana edilən hücumlarda HƏMAS-ın silahlı qanadının lideri Səid Atallah ailəsinin 3 üzvü ilə birlikdə həlak olub.
Elchi.az xəbər verir ki, İsrail ordusu sentyabrın 23-dən Livana qarşı hücumlarını davam etdirir.
HƏMAS-a bağlı media orqanının verdiyi məlumata görə, HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadalarının liderlərindən biri olan Səid Ətallah İsrailin Livanın şimalında, Tripolidə fələstinli qaçqınlar düşərgəsinə hücumu nəticəsində üç ailə üzvü ilə birlikdə həlak olub.
İsrail hücumla bağlı açıqlama verməyib.
Şayəstə Hüseynova