Son il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar davam edir. Ermənistan bu dəhlizin açılması yönündə addımlar atmasa da erməni siyasi xadimləri dəhlizin açılacağını bəyan edirlər. Bu dəfə erməni siyasi ekspert Hakob Çakryan bildirib ki, yaxın zamanda bu dəhliz açılacaq.
“Bu dəhlizin açılması qaçılmazdır. Çünki biz çətin vəziyyətdəyik. Bizim vəziyyətimizi həm Türkiyə, həm də Azərbaycan bilir. Rusiya da bizə təzyiq edir. Ermənistan hakimiyyəti Putinə görə necə çıxılmaz, iflic vəziyyətinə düşüb”.
Alp.az xəbər verir ki, bunu erməni ekspert Hakob Çakryan bildirib.
“Rusiya Zəngəzur dəhlizinin açıqlması üçün bizə təzyiq edir”, – deyə o qeyd edib.