“Cyberpartisans” haker qrupu “Belarus Dəmir Yolları” şirkətinin kompüter şəbəkəsinə hücum etdiyini açıqlayıb.
Qrupun yaydığı bəyanata görə, hücumun məqsədi Rusiya qoşunlarının təlimlərin keçirilməsi bəhanəsi ilə Belarusa köçürüldüyü dəmir yolu şəbəkəsinin işini ləngitməkdir.