image-91457f98-3dfa-3825-8ab9-76fe12982698_850backend

Gürcüstan Baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

“Xeyr, əlbəttə ki. Heç bir danışıq olmayacaq”, – baş nazir müvafiq suala cavabında bildirib.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyi bəyanat olub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki