image-2a3ddb1c-be66-3bb3-9906-6d0393689017_850backend

Filippin ABŞ-dən “Typhon” raket qurğularını almağı planlaşdırır

Filippin hərbçiləri ABŞ-dən “Typhon” mobil yerüstü raket qurğularını almağı planlaşdırır.

Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Filippin Quru Qoşunlarının general-leytenantı Roy Qalido bildirib.

“Biz onları almağı planlaşdırırıq. Onlar arxipelaqımızın müdafiə sistemlərinin tətbiqində funksionaldır”, – o vurğulayıb.

General qeyd edib ki, adətən Filippində silahların alınması ən azı iki il çəkir.

ABŞ 2024-cü ildə iki ölkə arasındakı illik hərbi təlimlər çərçivəsində Filippinə “Typhon” qurğusunu göndərib. Çinin etirazlarına baxmayaraq, ABŞ komandanlığı bu silahı Filippində saxlamağa qərar verib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki