image-64backend

Fiko: “Rus qazı yenidən Türk axını ilə Slovakiyaya gedib”

Slovakiya yenidən “Türk axını” boru kəməri ilə Rusiya qazını almağa başlayıb.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko məlumat verib.

O, qeyd edib ki, qazın nəqlinin bərpası Rusiya və Türkiyə tərəflərinin səyləri nəticəsində mümkün olub.

“Rusiya qazı “Türk axını” ilə Slovakiyaya axmağa başlayır”, – TASS agentliyi Fikodan sitat gətirir.

KİV-in məlumatına görə, “Qazprom” fevralın 1-dən “Türk axını” ilə Slovakiyanın SPP şirkətinə mavi yanacaq tədarük etməyə başlayıb. Qaz təchizatı müqaviləsi 2034-cü ilə qədər bağlanıb.

Əvvəllər Slovakiya Ukrayna ərazisindən Rusiya qazını alırdı, lakin Kiyevin mövqeyinə görə yanvarın 1-də tranzit dayandırıldı. Bu ilin yanvarında Rusiya “Türk axını” boru kəməri ilə Avropaya qaz ixracını rekord həddə – 1,56 milyard kubmetrə çatdırıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki