Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Vladimir Jirinovskinin ölümü açıqlama verib. Alp.az xəbər verir ki, Hrant Baqratyan Jirinovski ilə görüşü barədə danışaraq qeyd edib ki, biz onu ələ almaq üçün çox şey etmişik.
“”V.Jirinovski bu gün vəfat edib. Onunla iki dəfə əlaqə saxladım. Onlardan biri də 1995-ci ildəki görüşümüz idi. Rusiya Dövlət Dumasında erməni soyqırımının tanınması məsələsi müzakirə olunurdu.
Çoxları bu addımdan sonra Rusiya-Türkiyə münasibətlərinin çökə biləcəyini düşünürdü. Biz bütün cəbhələrdə çalışdıq. Biz İrəvanda “Vladimir Jirinovski” brendi olan araq istehsal etməyə başladıq. Jirinovski bu brenddən müəyyən məbləğdə pul alırdı. Görüşümüzü səmərəli keçdi və o bizə kömək etməyə başladı. Bu dostluğumuz uzun illər davam etdi. Biz Jirinovskiyə hər zaman dəstək olur, o da bizi bir çox mələlərdə yardım edirdi.”- deyə Hrant Baqratyan bildirib.