Ermənistanın baş prokuroru Artur Davtyanın Ermənistanın Birinci Kanalına müsahibəsində öz cəfəng fikirləri ilə gülüş doğurub.
Alp.az xəbər verir ki, erməni prokuror Azərbaycanın öz tarixi ərazisində apardığı 44 günlük Vətən Müharibəsi ilə bağlı müsahibəsində bir çox nüanslara toxunub. Erməni prokuror iddia edib ki, Qarabağda erməni əhalisi təcavüzə məruz qalıb. Baş prokuror bildirib ki, buna görə Ermənistan hökuməti Azərbaycanı beynəlxalq məhkəməyə verəcək. Baş prokurorun bu iddiası əslində beynəlxalq konvensiyalara ziddir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan ərazisində gedib və bu ərazilərin ermənilərə heç bir aidiyyatı yoxdur.
Alp.az ermənin prokurorun bu cəfəng fikirlərinə münasibət öyrənmək üçün siyasi ekspert Samirə Hüseynova ilə əlaqə saxlayıb.
– Samirə xanım xoş görük. Ermənistanın baş prokuroru Artur Davtyan Qarabağda erməni əhaslisinin təcavüzə məruz qaldığını iddia edib. O, iddia edir ki, beynəlxalq məhkəməyə müraciət edəcəklər.
– İlk öncə onu bildirmək istəyirəm ki, mən Xocalıda doğulmuşam. Xocalı qətliamının canlı şahidiyəm. Bütün ailə üzvlərim bu faciə zamanı həlak olub. 30 ildir ki, biz bütün dünyaya bu faciəni tanıtmaq istəyirik. Amma bəzi dünya ölkələri bu faciəni anlamaq istəmir. Onların gözü kor, dilləri lal olub. Erməni prokurorun açıqlaması da məhz havadarların istəyi ilə gerçəkləşir. Ermənilərin Qarabağda təcavüzə uğraması utopiyadır. Çünki Azərbaycan əsgəri bir mülki şəxsə belə atəş açmayıb. Amma ermənilərin törətdikləri qətliamlar göz önündədir. 44 günlük Vətən Müharibəsi zamanı ermənilər mütamadi olaraq Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı dəfələrlə raket atəşinə tutudular. Yaxşı olardı ki, Ermənistanın baş prokuroru Artur Davtyan bu terror məsələsinə aydınlıq gətirərdi. Digər tərəfdən Ali Baş Komandanımız öz çıxışlarının birində dediyi ki, erməni hərbçinin Azərbaycan torpağında nə işi var ki… Azərbaycan torpağında olan istənilən erməni silahlısı məhz ediləcək. Onlar 44 günlük savaşı unutmamalıdırlar. Əgər ermənilər ağıllanmasa, bu dəfə daha dəhşətli zərbə alacaqlar.
– Samirə xanım 44 günlük Vətən Müharibəsində zamanı azad edilən şəhər və kəndlərimiz erməni vandalları tərəfindən darmadağın edilib. Sizcə bu vandallığa görə erməniləri beynəlxalq məhkəməyə verməkdə gecikməmişik ki?
-1980-ci illərin sonlarından Qarabağ bölgəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı başlatdığı təcavüzkar siyasətin neçə illər ərzində ölkəmizə vurduğu maddi və mənəvi zərərin miqyası ölçüyə gəlməzdir.
1988-ci ildən başlayaraq keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı qüvvələr , həmin bölgədə yaşayan azərbaycan və erməni əhali arasında münaqişələrin başlamasına səbəb oldu. Dinc əhaliyə qarşı edilən təcavüzkar hücumlar , yaşayış məntəqələrindən azərbaycanlıların qətl edilərək zorla qovulmasına gətirib çıxartdı. Böyük Ermənistan yaratmaq idealogiyası ilə başlanan çirkin niyyətlər öz yerini tutmağa başladı. Azərbaycanın beynəlxalq çərçivədə tanınan əraziləri erməni işğalçılarının nəzarətinə keçdi. Bundan sonra Qarabağda baş verən hərbi ,siyasi proseslər Azərbaycanın ərazi bütövlüyünü qanunsuz şəkildə pozdu.
Öz doğma ata-baba yurdlarından zorla qovulan , bir milyona yaxın azərbaycanlı ,qaçqın və məcburi köçkün kimi 30 ilə yaxın çətin və acınacaqlı şəkildə yaşamalı oldu.
Kərkicahan, Qaradağlı, Xankəndidə bsşlayan etnik təmizləmə Xocalı soyqrımı ilə nəticələndi. Qarabağda bir dənə belə azərbaycanlı qalmaması şərtilə erməni təcavüzkarları , burada yeni qondarma hökümət yaratdılar. “Artsax” adlanan bu qondarma hökümət Azərbaycan torpaqları ərazisində ,qanunsuz şəkildə fəaliyyət göstərərək, burada çoxsaylı cinayətkar ünsürlərin yer almasına səbəb oldu.
Ən dözülməz faktlar da bütün beynəlxalq təşkilatların və digər erməni havadarı olan ölkələrin bu qanunsuz əməllərə göz yummağı və səs çıxartmamaları oldu. Özlərinə havadar tapan cinayətkar ermənilər qədim Azərbaycan torpaqlarında talançı və işğalçı mövqedən , Azərbaycan dövlətinə məxsus incəsənət və arxitekturalı obyekt və tikintiləri , mülki evləri və bir çox sərvətini talamaqla 30 ildə bizə ən böyük maddi və mənəvi zərər vurdular.
Bununla bağlı dəfələrlə Azərbaycan dövləti beynəlxalq təşkilatlara, məhkəmələrə və digər qurumlara müraciət etsə də , bizim haqq səsimizə səs vermədilər.
Əgər bu neçə ildə bizim səsimizə cavabsız qalan Beynəlxalq məhkəmələr, bu gün qondarma hökümətin qeyri -qanuni iddialarına cavab verib, müraciətlərini icraata götürərsə, bu artıq beynəlxalq məhkəmələrin iflası, cinayətkarlarla şərik olması deməkdir. Azərbaycanlılara qarşı cinayət faktlarını törədən şəxslər bu gün rəhbər vəzifə tutan şəxslərdir. Bunlar Vitali Balasanyan, Bako Saakyan, Serj Sarkisyan və digərləridir. Hələ də beynəlxalq hüquq çərçivəsində bu şəxslərlə bağlı heç bir cinayət işi açılmamışdır.