“Paşinyan anlayır ki, dəhliz müqaviləsini imzalayan kimi sağ qalmayacaq, onu hakimiyyətdən kənarlaşdırıcaqlar” -Alp.az xəbər verir ki, bunu erməni siyasətçi Aram Arutyunyan müsahibəsində bildirib.
“Armen Sarkisyanın istefasına səbəb “Zəngəzur dəhlizi”dir. Paşinyanı da hakimiyyətə Armen Sarkisyan gətirib. Qarabağın taleyini də, “Zəngəzur dəhlizi”nin açılmasına da Armen Sarkisyan qərar verib. Nikol Paşinyan sadəcə icracıdır. Məhz bu səbəbdən Sarkisyan istefa verdi. Paşinyan qərarları tək vermir. Çünki Böyük Britaniyanın əsas marağı “Zəngəzur dəhlizi”nin açılmasıdır. Armen Sarkisyanın Britaniya əlaqələrinə diqqət çəksək bu amili anlayarıq. Armenin bütün biznesi Britaniyadadır. Mətbuat yazır ki,Armen Sarkisyanın Ermənistanda biznesi yoxdur, amma Armen Sarkisyan “Pepsi”nin əsas səhmdarlarından biridir, onun Gürcüstanda biznesi var.”, – Aram Arutyunyan bildirib.
“Armen Sarkisyan əsas layihəni icra edə bilmədi. Bu layihəyə görə Sentyabrın 27-dən əsonra Qərb qüvvələrinin regiona daxil olmalı və Rusiyanın yavaş-yavaş, açıq desək, getməsinə əmin olmaq idi, lakin bu, alınmadı. ”, – Arutyunyan bildirib.